2015-10-01

Texniki Humanitar Liseyin Fizika kabinetinin açılışı


29 sentyabr 2015ci ildə Texniki Humanitar Liseyin fizika kabinetinin təntənəli açılış mərasimi olmuşdur. Liseyin qonaği İqtisad Universitetinin professoru, fizika elmlər doktoru Rəna Babayeva olmuşdur. Rəna xanım şagird və müəllim heyəti qarşısında gözəl çıxışı ilə yadda qaldı. Liseyin fizika müəllimləri Musayeva Sevil, Əliyev Ziyadxan, Qədimova Lamiyə, fizika elmlər namizədi Quliyeva Esmiralda şagird və liçeyin qonaqlarına öz təqdimatlarını nümayiş etdirib, təcrübələr sınaqdan keçirdilər. 





















Texniki-Humanitar Liseyin kimya kabinetinin açılışı

Kimya kabinetinin açılışında Bakı Ali Neft məktəbinin əməkdaşları prorektor Ramiz Hümbətov, doktorantura şöbəsinin rəisi Rəna Mustafayeva, kimya mühəndisliyi kafedrasının müdiri Sevda Fətullayeva iştirak etdi. Açılış yüksək səviyyədə keçdi, qonaqlarımız müəllimlər və şagirdlərlə ünsiyyətdə oldular. Şagirdlərin müxtəlif mövzularda nümayiş etdirdiyi fəallıq qonaqlar tərəfindən müsbət qarşılandı.
























2015-01-01

Ən yaxşı Ümumitəhsil məktəbi




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamına uyğun olaraq 17 dekabr tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayonu Texniki-Humanitar Lisey "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin bir daha qalibi olub. Bu münasibətlə Texniki-Humanitar Liseyin direktoru Səidə xanımı, tədris işləri üzrə direktor müavini Nargiz Qadirovanı, tərbiyə işləri üzrə direktor müavini Eldar müəllimi, müəllim, şagird və bütün kollektivi təbrik edir bundan sonrakı illərdə də öndə gedən liseylərdən olmağınızı arzu edirik