Tarixçəmiz

Eskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir EmlakEskişehir Emlak

 
Texniki-Humanitar Liseyi 2000-ci ildən fəaliyyət göstərir. Hal-hazırda liseydə 1412 nəfər şagird təhsil alır. Dərslər Azərbaycan və rus dilində keçirilir.  Hər dərs ilində məzunlarımız təxminən 85%-87% respublikanın ali məktəblərinə daxil olurlar. Məzunlarımız Türkiyədə, İngiltərədə, Fransada, Almaniyada, Amerikada, Ukraynada təhsil alırlar. 
Liseyə şagird qəbulu V sinifdən xüsusi qabiliyyətə malik şagirdlərin test imtahan yolu ilə seçilib yerləşdirilməsi ilə həyata keçirilir. Suallar ümumtəhsil məktəbinin IV siniflərinin Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənn proqramları əsasında Azərbaycan və rus dillərində tərtib edilir. 
Fəaliyyət göstərdiyimiz 10 il ərzində şagirdlərimiz Respublika fənn olimpiadalarında  fəal iştirak etmişlər. Liseyimizdə “Xüsusi istedada malik uşaqların  yaradıcılıq potensialının inkişafı” üzrə Dövlət Proqramının (2006-2010) həyata keçirilməsi istiqamətində tədbirlər planı hazırlanmış və ardıcıl həyata keçirilmişdir. Xüsusi isteda malik uşaqlarla işləmək sahəsində böyük təcrübəsi olan müəllimlər öz fənləri üzrə belə şagirdlərin üzə çıxarılması, onlarla müntəzəm məşğələlərin aparılması yolu ilə potensial inkişaf etdirilməsini təmin edirlər.
Liseyin müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, o cümlədən pilot layihələrində, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı təmin edilmişdir. THL şagirdləri “Məktəblərin elektron höküməti” layihəsində iştirak etmişdilər. 
          Liseydə 95 nəfər müəllim kollektivi çalışır. Onlardan 1 nəfər Elmlər doktoru, 4 nəfəri elmlər namizədi, 43 nəfər I dərəcəli, 47 nəfəri isə ali kateqoriyalı müəllimlərdir. Müəllimlər müsabiqə yolu ilə liseyə qəbul olunur.
Liseydə müasir təlim metodları və pedaqoji texnologiyaları müntəzəm olaraq öz işində tətbiq edən, İKT-də istifadə etmək bacarıqlarına yiyələnmiş müəllim kadrları cəmləşmişdir. Müəllimlərin gündəlik fəaliyyətlərinin öyrənilməsi, onların müxtəlif mövzuda metodiki yaradıcılıq fəaliyyətinə cəlb edilmələri istiqamətində müntəzəm iş aparılır. 
Pedaqoji heyyətlə yanaşı valideynlərin də yaxından köməyinə və dəstəyinə nail olmuşuq. Belə ki, liseyimizdə valideyn-müəllim assosiasiyası formalaşdırılmış və tədricən liseyin idarə olunması sahəsində öz fəaliyyətini genişləndirməkdədir.
2008-2009-cu dərs ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində THL iştirak etmiş və qalib gəlmişdir.
Liseydə çalışan müəllimlər arasında çox yaxşı iş birliyi qurulmuşdur. Bu da öz növbsində  əldə etdiyimiz naliyyətlərin səbəbidir.