Noyabrın 6-da Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Tədbirdə
kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq
struktur bölmələrin və şöbələrin rəhbərləri, ali təhsil müəssisələrinin
rektorları iştirak ediblər.
Kollegiya
iclasında ali təhsil müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində kredit sistemi ilə tədrisin təşkili, SABAH qruplarının
yaradılması, tələbə kreditləri və qrantları layihəsi, ümumi təhsil
müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun
nəticələri, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icra vəziyyəti,
normativ-hüquqi aktların təsdiqi mövzularındakı məsələlər müzakirə
olunub.
Təhsil
naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edib. Nazir
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın qəbulundan ötən bir il ərzində həyata keçirilən
islahatlar, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr, mövcud
problemlər və onların aradan qaldırılması yolları haqqında fikirlərini
bildirib.
Sonra
çıxış edən məruzəçilər müvafiq məsələlər haqqında ətraflı məlumat
verib, bütün bu sahələrdə görülən işlərin əhəmiyyətindən bəhs ediblər.
Məruzələrdən sonra müzakirə olunan məsələlərlə bağlı müxtəlif fikirlər səsləndirilib və müvafiq istiqam