Oktyabrın
20-də təhsil naziri Mikayıl Cabbarov Tərtər şəhərindəki Gənclər
Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon
sakinlərini qəbul edib.
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında
şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq
keçirilən qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş
yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi,
işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas
məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi,
təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda
54 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini
tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına
tapşırıqlar verilib.
Bəzi
vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi
xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün
qeydə alınıb və nəzarətə götürülüb.
