İki
günlük səfər çərçivəsində jurnalistlər Tovuz rayonunun Hacallı, Qazax
rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olacaq,
bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşəcəklər.
Səfərin
təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və
ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya
vasitələrinə şərait yaratmaqdan ibarətdir.
Media
nümayəndələri həmin təhsil müəssisələrinin ali məktəblərə qəbul
imtahanında yüksək nəticələr qazanmış məzunları haqqında məlumat
toplayacaq, fədakar əməyi ilə seçilən müəllimlərlə görüşəcəklər.
Ümumilikdə,
səfər KİV nümayəndələrinə cəbhəyanı bölgələrdəki təhsil ocaqlarında
tədris mühiti ilə daha yaxından tanış olmağa, şagirdlərin yüksək bilik
almaq üçün göstərdikləri səyləri qiymətləndirməyə geniş imkanlar
yaradacaq.
Bütün
bunlar ölkə ictimaiyyətinin cəbhəyanı bölgələrdə təhsilin vəziyyəti ilə
tanış olması və medianın bu istiqamətdə daha dolğun məlumatlarla təmin
edilməsi işinə xidmət edir.
