2014-12-13

Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlı oldu

Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin müəllimi ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın qalibləri sırasında

Azərbaycan müəllimlərinin dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxaq tədbirlərdə müxtəlif təhsil layihələri ilə iştirakı və ciddi uğurlar qazanması çox təqdirəlayiq hadisə kimi təhsil sistemimizin inkişafının nailiyyətlərindən hesab oluna bilər. Bu günlərdə isə Balakən rayonundakı   akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyevin dünya müəllimlərinin mötəbər müsabiqəsinin final mərhələsinə çıxması barədə məlumat aldıq. Qeyd olunur ki, M.Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın ( Global Teacher Prize) 50 finalçısı arasında yer alıb. "Varkey GEMS" Fondunun yaydığı açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu 1000000 ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib. Final mərhələyə isə Məhəmməd Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edir. Sevindirici haldır ki, bu müsabiqədə Azərbaycanı Məhəmməd Qarakişiyev (postsovet məkanı ölkələrindən yeganə namizəd!) təmsil edib. Gəlin, Məhəmməd Qarakişiyevi daha yaxından tanıyaq.
Məhəmməd Qarakişiyev 1981-ci ildə anadan olub. 2006-cı ildə Gəncə Dövlət Universitetinin tərcümə nəzəriyyəsi və dillərarası əlaqə fakültəsini fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb. Balakən rayonunda ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb. İngilis dilinin tədrisi üçün ilk dəfə təmənnasız olaraq "Danışıq klubu" (Conversation club) təşkil edib. Burada tələbələr müxtəlif mövzular əsasında ingilis dilində anlama, yazma və danışma qabiliyyətlərini artırmaq imkanı əldə ediblər. 2012-ci il sentyabr -noyabr aylarında ABŞ Dövlət Departamenti və İREX (International Research & Exchanges Board)-in müsabiqəsi əsasında ingilis dili müəllimləri üçün 6 həftəlik ixtisasartırma proqramının qalibi olub. ABŞ-da olduğu müddətdə paytaxt Vaşinqton, Apalaçi Dövlət Universiteti və ABŞ orta məktəblərində tədris sistemi, dərs planları, kurikulum, qiymətləndirmə, tələbə yönümlü tədris, texnologiyanın tədrisdə tətbiqi və s. mövzuları əhatə edən təlim və seminarlarda iştirak edərək müvəffəqiyyət sertifikatları ilə təltif olunub. 2012-ci ildə ABŞ-ın Şimali Karolina ştatında Azərbaycan həqiqətlərinin təbliğinə, erməni iddialarının ifşasına həsr olunmuş və böyük maraqla qarşılanan seminar keçirib. 
"Azərbaycan müəllimi" qəzetinə verdiyi eksklüziv müsahibəsində M.Qarakişiyev müsabiqədə dünyanın 150-dən artıq ölkəsindən 5 min müəllimin iştirak etdiyini və öz fəaliyyətində yeni novator ideyalardan, təlim texnologiyalarından istifadə edən yenilikçi müəllimlərin əhatə olunduğunu bildirdi. Müsabiqənin hər il keçirildiyini bildirən müsahibimiz qeyd edib ki, "Dünya Müəllimi Mükafatı" layihəsində iştirak müəllimlər üçün bir sınaqdır.
- Bu müsabiqədə iştirak etməkdə məqsədim Azərbaycanı yüksək səviyyədə təmsil etmək olub. Bu layihə bütün dünyada qlobal müəllim müsabiqəsi hesab olunur. Mükafat təhsil sahəsində müstəsna xidmətləri olan şəxslərə verilir. Müsabiqənin qeydiyyat mərhələsində namizədlər "müəllim peşəsini niyə seçibsən, müəllimlik sizin üçün nədir "kimi suallara əsaslı cavab verməlidirlər. Qaliblər seçilərkən müəllimlərin öz şagirdlərinin həyatında və bütövlükdə cəmiyyətdə nə kimi mühüm rol oynamasına diqqət yetirilir. Mükafat müəllim nüfuzunun qlobal miqyasda yüksəldilməsinə xidmət edir. Müsabiqədə iştirak etmək üçün müəllimin namizədliyi özü, şagirdləri, onların valideynləri və ya həmkarları tərəfindən irəli sürülə bilər.
Qeyd edək ki, müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1000.000 ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq. 
 
Biz də Azərbaycanı dünya müəllimlərinin müsabiqəsində uğurla təmsil edən   Məhəmməd Qarakişiyevə "təhsil sahəsində Nobel mükafatı" almasını arzulayırıq.

2014-12-05

BakuTel 2014

Bakutel - telekommunikasiya və informasiya texnologiyaları sərgisində 3 dekabr təhsil işçiləri üçün xarici mütəxəssislərin iştirakı ilə “İnformatika təhsili - günümüzün çağırışları” mövzusunda açıq panel müzakirəsi keçirildi.
Ramin Mahmudzadənin Bakutel sərgisi çərçivəsində keçirilən "İnformatika təhsili - günümüzün çağırışları" adlı tədbirinin çıxışından bir fraqment
https://www.youtube.com/watch?v=rtpBTc7mQwo

2014-11-19

Təhsil Nazirliyi “Məktəb qəhrəmanları ilə tanınır” adlı yeni layihəyə başlayıb.

Layihənin məqsədi müasir təhsili milli-mənəvi dəyərlərimiz fonunda inkişaf etdirmək, şagirdlərə vətənpərvərlik ruhu aşılamaq, qəhrəmanlıq ənənələrini formalaşdırmaq və Milli Qəhrəmanlarımızı daima yaddaşlarda yaşatmaqdan ibarətdir.
“Məktəb qəhrəmanları ilə tanınır” layihəsində ilk olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar lisey-məktəb kompleksi barəsində danışılır.

2014-11-17

Noyabrın 17-də Bakıda Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilib.

Ölkə üzrə bütün şəhər və rayonları təmsil edən 350-dək uşağın qatıldığı forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbirin açılışında Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Forum çərçivəsində dövlət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri uşaqların suallarını cavablandırıblar.
Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə ilk peşə-ixtisas təhsilinin inkişafı sahəsində görülən işlərlə bağlı suala ətraflı açıqlama verib. Nazir müavini bildirib ki, hazırda müasir ilk peşə ixtisaslarına malik mütəxəssislərin hazırlanması bir çox ölkələrin qarşısında duran əsas problemlərdən birinə çevrilib. Son dövrdə əmək bazarında ali təhsilli kadrlarla yanaşı, müvafiq ilk peşə-ixtisas təhsilinə malik insanlara tələbat artıb.
F.Qurbanov müasir dövrün çağırışlarını əsas tutaraq, ölkəmizdə ilk peşə-ixtisas təhsili sahəsində böyük əhəmiyyətə malik layihələrin həyata keçiriləcəyini qeyd edib. Təhsillə bağlı hazırlanan yeni dövlət proqramında da ilk peşə-ixtisas təhsilinin inkişafına xüsusi diqqət ayrılıb. Nazir müavini məktəblilərə tövsiyə edib ki, əmək bazarında daha çox ehtiyac duyulan müasir peşələrə yiyələnsinlər. Bu, gələcəkdə işlə təminat məsələsinin həllini asanlaşdıracaqdır.
Forumda uşaqlar üçün aktual hesab olunan 7 mövzu üzrə ekspertlərin iştirakı ilə qrup müzakirələri keçirilib.
Sonda Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunun iştirakçıları adından Prezident İlham Əliyevə müraciət, Forumun Yekun Bəyannaməsi, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul edili
ake Money at : http://bit.ly/adflywin
Mounting created Bloggif Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Republikasının əsas qanununun -Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Konstitusiya –(lat. constitutio — "quruluş") — ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik hüquqi-normativ aktı, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi statusunu müəyyən edir. Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.

Make Money at : http://bit.ly/adflywin
Mounting created Bloggif Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Republikasının əsas qanununun -Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Konstitusiya –(lat. constitutio — "quruluş") — ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik hüquqi-normativ aktı, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi statusunu müəyyən edir. Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.

Make Money at : http://bit.ly/adflywin

2014-11-06

Noyabrın 6-da Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

Noyabrın 6-da Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrin və şöbələrin rəhbərləri, ali təhsil müəssisələrinin  rektorları iştirak ediblər.
Kollegiya iclasında ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili, SABAH qruplarının yaradılması, tələbə kreditləri və qrantları layihəsi,  ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun nəticələri, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icra vəziyyəti, normativ-hüquqi aktların təsdiqi mövzularındakı məsələlər müzakirə olunub.
Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edib. Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən bir il ərzində həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr, mövcud problemlər və onların aradan qaldırılması yolları haqqında fikirlərini bildirib.
Sonra çıxış edən məruzəçilər müvafiq məsələlər haqqında ətraflı məlumat verib, bütün bu sahələrdə görülən işlərin əhəmiyyətindən bəhs ediblər.
Məruzələrdən sonra müzakirə olunan məsələlərlə bağlı müxtəlif fikirlər səsləndirilib və müvafiq istiqam

2014-11-05

XƏMSƏ



31.10.2014-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Nəsimi rayon Gənclər və İdman Nazirliyinin təşkil etdiyi ‘‘Xəmsə‘‘ Milli İntellektual oyununun növbəti mərhələsi keçirilmişdir.Nəsimi rayonu məktəblilərinin yarışdığı bu oyun məktəblilər arasında mübarizə ilə keçmişdir.Texniki-Humanitar liseyin şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdirərək gözəl nəticə əldə etmişdir.Onlar böyük xal fərqi ilə 1-ci yerə sahib olmuşlar.Liseyimizi ‘‘Xəmsə‘‘Milli İntellektual oyunlarında təmsil edən şagirdlər :
1. Cəfərov Zaur             (9-cu sinif)
2. Babaşlı Vüqar            (9-cu sinif)
3. Yusifli Eyvaz               (9-cu sinif)
4. Qəribov Nihad           (9-cu sinif)
5.Məmmədzadə İlyas   (9-cu sinif)
Liseyimizi və şagirdlərimizi 1-ci yer tutduğuna görə diplom ilə təltif olunmuşlar.Həmin şagirdlərin valideynlərinə təşəkkurnamə göndərildi.

2014-10-25

Ekskursiya



       22 oktyabr 2014-cü il tarixində THL-in Az.dili və ədəbiyyat müəllimi Ş.Hacıyeva tərəfindən N.Gəncəvinin poemaları” mövzusunda  Açıq dərsin keçırilməsi  ilə əlaqədar Nizami Gəncəvi  adına Ədəbiyyat Muzeyinə ekskursiya  təşkil olunmuşdur.Ekskursiya zamanı şagirdlərə Qədim dövrdən indiyədək tarixi təkamül prosesi keçmiş Az.dili,ədəbiyyatı haqqında müxtəlif dövrlərdə fəaliyyət göstərmiş görkəmli şair və yazıçılarımız haqqında ətraflı məlumat verilmişdir.
     N.Gəncəvinin poemalarından götürülmüş “Əmşirəvan şah və bayquşların söhbəti”,”Fitnə”,”Xeyr və Şər” və s.hekayələrin motivləri əsasında çəkilmiş illüstrasiyalar,”Leyli və Məcnun”,”Isgəndərnamə” poemalarından müəyyən səhnələrin əks olunduğu xalça nümunələri şagirdlərin marağına səbəb olmuşdur. Şagirdlər əsərlər haqqında əldə etdikləri bilikləri təqdim etmiş, N.Gəncəvinin aforizmləri və hikmətli sözlərindən nümunələr söyləmişlər.

 

2014-10-23

Ekskursiya



18 oktabr 2014-cü il tarixdə Texniki-Humanitar liseyin  6ə sinif şagirdləri ilə birlikdə Milli Azərbaycanin Tarix muzeyində neft siyasəti mövzusunda açıq dərs keçirildi. Bu açıq dərsi liseyin tarix müəllimi Cəfərov Sadiq təşkil etmişdir. Muzeydəki zallardan birində neft sərgisi keçirilirdi. Bu zalda neftin istehsalından,Azərbaycanda keçmiş zamanlardan bu gunə qədər neft sənayesinin inkişafından müxtəlif foto şəkillər ilə muzey iştirakçılarlarını tanış etdilər və bu şagirdlər tərəfindən çox maraqla qarşılandı.Onlar sərgi ilə bağlı və ümumilikdə bütün muzeylə əlaqədar suallar verirdilər. Şagirdlərə 2-ci dunya müharibəsində sovet ordusunun qələbəsində Azərbaycanın neftinin rolu haqqinda söhbət aparıldı. Azərbaycanın çox böyük rolu var idi. Sonda tədbir iştirakçıları ilə birlikdə əminliklə demək olar ki, bu cür  açıq dərslərin keçirilməsi təqdirə layiqdir.
Açıq dərs bölməsində videoya baxa bilərsiz

Tarix müəllimi- Hüseynov Sadiq Əsgər oglu

Sinif rəhbəri – Kargina Yelena Gennadiyevna

Bakıda Avropa Vahid Təhsil Məkanı

Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü başa çatıb.


 İclas Azərbaycan Respublikasının 2014-cü ilin may-noyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilir.
Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın Təhsil Nazirliklərinin, həmçinin Avropa Şurası və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri iştirak edir.
Gündəliyə əsasən, iclasda adıçəkilən ölkələrdə Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi, mövcud problemlər və bu problemlərin həlli yollarının müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Təhsil naziri Mikayıl Cabbarov iclasın açılış mərasimində çıxış edərək iştirakçılara “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkəmizdə aparılmış təhsil islahatları və 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi barədə məlumat verib. Nazir bildirib ki, bu prosesin gedişində ölkənin təhsil sistemi ənənəvi inzibati amirliyə əsaslanan idarəetmədən imtina edib, açıq və demokratik olub, eyni zamanda əmək bazarının tələblərinə istiqamətlənib, əldə olunan bilikləri reallıqda tətbiq etmək imkanlarına yiyələnib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların nəticəsi olaraq Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrin sırasına daxil olub. 2013-2014-cü illər üzrə Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan qlobal rəqabətqabiliyyətlilik reytinqində 148 ölkə arasında 39-cu, MDB-yə üzv dövlətlər arasında 1-ci yeri tutub. BMT-nin “İnsan inkişafı haqqında” hesabatında isə ölkəmiz İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında, 2008-ci ildəki 101-ci yerdən 2013-cü ildə 76-cı yerə yüksəlib. Bununla, Azərbaycan insan potensialının yüksək inkişaf etdiyi ölkələr qrupuna daxil olub.   
İqtisadi inkişafı saxlamaq və daha da möhkəmləndirmək isə təhsil sisteminin keyfiyyətindən və onun formalaşdırdığı insan kapitalından asılıdır. Təsadüfi deyil ki, ölkə Prezidenti ikinci dəfə seçiləndən sonra imzaladığı ilk sənədlərdən biri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olub. Bu sənəddə milli ali təhsil sisteminin Avropa təhsil mühitinə inteqrasiyasına və ali təhsil müəssisələrində struktur islahatlarının dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilir.
Mikayıl Cabbarov tədbir iştirakçılarını Azərbaycanın təhsil sistemində baş verən dəyişikliklərlə tanış edib. Nazir bildirib ki, son 4 ildə ali məktəblərin birinci kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa çatdırılıb, ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb. Ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq. Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən nazir bu sahədə həyata keçirilən dövlət proqramının davamlı olacağını vurğulayıb.
Bununla yanaşı, sistemin transformasiyası universitet idarəediciləri qarşısında yeni tələblər qoyur. Qərarların qəbulunda şəffaflıq prinsiplərinin sürətli tətbiqi, universitetlərin fəaliyyətinə bütün maraqlı tərəflərin cəlbi, hesabatlılıq mədəniyyətinin və korporativ idarəetmənin formalaşdırılması inkişaf imkanlarını təmin edən vacib elementlərdəndir.
Təhsil sahəsində birgə əməkdaşlıq imkanlarından danışan Mikayıl Cabbarov regiondakı ali təhsil müəssisələrinin inteqrasiyasına mane olan xarici amilləri də açıqlayıb. Nazir qeyd edib ki, Ermənistan tərəfdən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki olaraq universitetlər arasında təhsillə bağlı birgə layihələrin həyata keçirilməsini mümkünsüz edib.
Mikayıl Cabbarov bu görüşün region ölkələrində təhsilin sonrakı inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsinə yaxşı imkanlar yaradacağına və Bolonya prosesinin inkişafına müsbət təsiri göstərəcəyinə əminliyini vurğulayıb.
Sonda nazir ali təhsil sahəsində bir sıra layihələrin və islahatların həyata keçirilməsində göstərdikləri köməyə görə Dünya Bankına, Avropa İttifaqına və digər ikitərəfli tərəfdaşlara təşəkkürünü bildirib.
Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasına sabah yekun vurulacaq.

2014-10-22

Gimnaziyada qonaqlar

Oktyabrın 22-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin, İran İslam Respublikasının Ailə, Qadın Məsələləri üzrə vitse-prezidenti Şəhindoxt Mövlaverdi Bakıdakı İlyas Əfəndiyev adına Elitar Gimnaziyada olublar.


Gimnaziyada qonaqları Azərbaycan Respublikası təhsil nazirinin müavini Firidun Qurbanov salamlayıb.
Təhsil nazirinin müavini Firidun Qurbanov və gimnaziyanın direktoru Sevda Quliyeva  qonaqlara bu təhsil müəssisəsi barədə məlumat veriblər. Bildirilib ki, hazırda 1164 şagirdin təhsil aldığı gimnaziyanın 47 məzununun hamısı bu il  ali məktəblərə  qəbul olub. Onlardan 9-u xaricdə təhsil alır.
Ailə, Qadın Məsələləri üzrə vitse-prezidenti Şəhindoxt  Mövlaverdi öz növbəsində İran təhsil sistemi haqqında məlumat verib. 
Qonaqlar şagirdlərin rəsm işlərindən ibarət sərgiyə baxıb və məktəbin sinif  otaqları ilə tanış olublar. İran nümayəndə heyəti şagirdlərin nümayiş etdirdiyi ədəbi-bədii kompozisiyanı xüsusi maraqla izləyiblər.

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 30-dan çox KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfərini təşkil edir.

İki günlük səfər çərçivəsində jurnalistlər Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olacaq, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşəcəklər.
Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
Media nümayəndələri həmin təhsil müəssisələrinin ali məktəblərə qəbul imtahanında yüksək nəticələr qazanmış məzunları haqqında məlumat toplayacaq, fədakar əməyi ilə seçilən müəllimlərlə görüşəcəklər.
 Ümumilikdə, səfər KİV nümayəndələrinə cəbhəyanı bölgələrdəki təhsil ocaqlarında tədris mühiti ilə daha yaxından tanış olmağa, şagirdlərin yüksək bilik almaq üçün göstərdikləri səyləri qiymətləndirməyə geniş imkanlar yaradacaq.
Bütün bunlar ölkə ictimaiyyətinin cəbhəyanı bölgələrdə təhsilin vəziyyəti ilə tanış olması və medianın bu istiqamətdə daha dolğun məlumatlarla təmin edilməsi işinə xidmət edir.

Mikayıl Cabbarov Tərtər rayonunda

http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=9289

Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarov Tərtər şəhərindəki Gənclər Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 54 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

2014-10-20

Mikayıl Cabbarov Qusar rayonu Hil kəndində


Oktyabrın 17-də təhsil naziri Mikayıl Cabbarov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar rayonuna səfər edib.

Təhsil naziri səfər çərçivəsində rayonun Hil kəndində tikilən ümumi orta təhsil müəssisəsində inşaat işlərinin gedişi ilə tanış olub.
Qeyd edək ki, Hil kəndində fəaliyyət göstərən 187 şagird yerlik ümumi orta məktəbin binası yenidən inşa olunmaqdadır. Artıq yeni tikilmiş məktəbdə son tamamlanma işləri başa çatmaq üzrədir.
Həmçinin, nazir Hil kəndində fəaliyyət göstərən 720 şagird yerlik tam orta məktəbin tədris şəraiti ilə tanış olub. Təhsil müəssisəsinin nailiyyətləri pedaqoji kollektivin üzvləri ilə müzakirə edilib və bir neçə sinifdə dərs prosesi izlənilib.
Daha sonra təhsil naziri Qusar şəhərindəki Olimpiya İdman Kompleksində Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, xaricdə təhsil, fəxri adların verilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 63 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.